Bu gün hansı komanda uduzaqsa... I Liqanın oyunları CANLI YAYIMda

15:00 I Divizion 240
Bu gün hansı komanda uduzaqsa... I Liqanın oyunları CANLI YAYIMda

Bu gün I Liqada mövsümə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, son oyun günündə 3 matç keçiriləcək.

Bu qarşılaşmalar pley-off mərhələsində mübarizə aparacaq komandanı müəyyənləşdirəcək.

Son tur öncəsi turnir cədvəlinin «ikinci eşalon»unda əməlli-başlı sıxlıq yaranıb.

«Difai» Şamaxıda «İmişli»dən xal və ya xallar ala bilməsə, doqquzuncu yerdə qalacaq və pley-offda II Liqada dördüncü pilləni tutmuş «Hypers Quba»ya rəqib olacaq.

«Cəbrayıl» isə liqada qalmaq üçün «Zaqatala»nı üstələməlidir. «Baku Sportinq» - MOİK görüşü də bu baxımdan çox əhəmiyyətlidir.

“Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
“ASCO Arena”, 15:00

“Baku Sporting” – MOİK
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Elmin Süleymanov, Alik Yunusov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 15:00

“Difai” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Sənan Bayramzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Şamaxı OİK stadionu, 15:00

Digər Xəbərlər
Xəbər Lenti