“Qəbələ” “rəhm” etmədi, “Karvan” qonşu rayonda dayandı

01:10 I Divizion 104
“Qəbələ” “rəhm” etmədi, “Karvan” qonşu rayonda dayandı

I Liqada mövsümün son - 27-ci tur start götürüb.

Sportinfo.az xəbər verir ki, çempion "Qəbələ" "Qaradağ Lökbatan"ın qonağı olub.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qaradağ Lökbatan" növbəti mövsüm 2-ci liqada mübarizə aparacağı dəqiqləşib.

3-cü pillədəki "Karvan" isə "Mingəçevir"in qonağı olub. Bu matç isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, artıq "İmişli"nin 2-ci pilləni tutacağı da dəqiqləşib. "

"Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqə qazanıblar.

“Qaradağ Lökbatan” – “Qəbələ” 0:3

Qollar: A.Şuaybu, 63; S.Ələsgərov, 84; D.Massumo, 88 - pen.

Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov

Lökbatan OİK stadionu

“Mingəçevir” – “Karvan” 2:1

Qollar: A.Usman, 15 - pen; N.Əliyev, 64 – P.Kings, 68

Qırmızı vərəqə: M.Teymurov, 19 ("Karvan")

Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)

23 may (cümə)

15:00. “Cəbrayıl” – “Zaqatala”

15:00. “Baku Sporting” – MOİK

15:00. “Difai” – “İmişli”

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...