Biz bu komandanı bir daha Premyer Liqada görməyəcəyik? - VİDEO

11:20 I Divizion 248
Biz bu komandanı bir daha Premyer Liqada görməyəcəyik? - VİDEO

Futbol eksperti Emin Abbasov Premyer Liqada yerini itirən «Səbail»in perspektiviməmünasibət bildirib.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində bu barədə danışıb.

Tanınmış teleşərhçi qeyd edib ki, «dənizçilər»i çətin günlər gözləyir, çünki klub 9 ildir onu maliyyələşdirən əsas dayağını - «Xəzər dəniz Gəmiçiliyi»ni (ASCO) itirib.

ASCO daha Bayıl təmsilçisinə maddi dəstək vermək istəmir, bu isə onların I Liqada iddialı çıxış etməsinə ciddi şübhələr yaradır.

Abbasov deyib ki, «Səbail»i «Qəbələ» ilə müqayisə etmək olmaz.

Bunu da onunla əlaqələndirib ki, «qırmızı-qaralar» daha təşkilatlanmış formada fəaliyyət göstərib, həmişəki maliyyə mənbəyindən yardım alıb.

Ekspertin fikrincə, «dənizçilər» bu problemləri tezliklə aradan qaldırmasa, ümumiyyətlə, mövcudluğu sual doğuracaq.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti