Premyer Liqada heç kim onunla maraqlanmadı, I Liqaya getdi

19 Sentyabr 2023 02:30 I Divizion 1 528
Premyer Liqada heç kim onunla maraqlanmadı, I Liqaya getdi

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Kamal Mirzəyev özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi birinci liqada oynayacaq.

O, bu liqanın iddialılarından olan "İrəvan"la anlaşıb. Mirzəyev adıçəkilən klubla bir illik müqavilə imzalayıb.

Ötən mövsümü "Şamaxı"da keçirmiş Kamalın "Araz-Naxçıvan"a keçəcəyi gözlənilirdi.

29 yaşlı futbolçu "Qəbələ", AZAL, "Sumqayıt", "Zirə", "Əl-Salmiyə" klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!