
Cari mövsümdən I Liqada mübarizə aparan və Ağsunu təmsil etməyə başlayan «Difai» yerli İcra Hakimiyyətinin (İH) başçısı Rövşən Bağırov, həmçinin rəsmi dairələr və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
İH-nin rəhbərinə top hədiyyə olunub.
Qazilər komandası Qarabağ şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün yaradılmış kompleksi və Şəhidlər Xiyabanını ziyarət edib.
Kompleksin qarşısına çələng qoyulub. Kkomandanın üzvləri olan müharibə iştirakçıları Amil Cabbarlı və Hacı Rüstəmov onu abidənin önünə daşıyıb.
SPORTİNFO.AZ