Ağsu “Difai”yə qucaq açdı, Qarabağ qazisi meydançaya çıxdı və... VİDEO

15 Sentyabr 2023 23:40 I Divizion 598
Ağsu “Difai”yə qucaq açdı, Qarabağ qazisi meydançaya çıxdı və... VİDEO

“Difai” I Liqada debüt edib. Qarabağ qazilərinin təmsilçisi olan komanda Ağsuda MOİK-i sinağa çəkib.

Matçdan öncə Qarabağ qazisinin hərbi geyimdə meydana çıxması tribunaların alqışı ilə müşayət olunub.

Paşa Əliyevin çalışdırdığı “fədailər” oyuna yaxşı başlasa da, 10-cu dəqiqədə təyin olunan penalti “hərbiçilər”ə İsa Zeynallı vasitəsilə üstünlük qazandırıb.

“Difai” hesabı bərabərləşdirmək üçün irəli atılıb və az da olsa, qol fürsətləri yaxalayıb. Lakin qapı tiri və müdafiəçilər ev sahiblərinin istəyinə çatmasına imkan verməyib.

Şansı yanına alan MOİK fasilədən sonra daha iki dəfə fərqlənib. Elmir Rəhimzadə və Xəyal Bədirov başla toru silkələyib.

“Difai” məğlubiyyətə uğrasa da, deməliyik ki, bu komandanın Ağsunu seçməsi rayonun futbol həyatını yenidən canlandırıb.

Hər halda çoxdandır azarkeş üzünə həsrət qalan tribunlarda yaşanan qələbəlik belə düşünməyə əsas verir. Yerli publika “Difai”ni isti qarşıladı, sonadək onlardan dəstəyini əsirgəmədi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti