Azərbaycan I Liqasında 2023/2024 mövsümünün ilk turunun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 3 matç keçirilib.
Maraqlıdır ki, hər üç qarşılaşmada sevinən tərəf qonaqlar olub.
“İrəvan” Zaqaralada ev sahiblərinin qapısından iki cavabsız top keçirib.
MOİK Ağsuda “Difai”yə 3:0 hesabıyla qalib gəlib. “İmişli” isə aran derbisində “Araz Saatlı”ni eyni hesabla üstələyib.
Turun ilk oyununda "Karvan" doğma meydanda "Mingəçevir"i 4:1 hesabı ilə məğlub edib.
Tura sabah baş tutacaq "Qaradağ Lökbatan" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.
"Difai Ağsu" - MOİK 0:3
Qollar: İsa Zeynallı, 10 (pen), Elmir Rəhimzadə, 55, Xəyal Bədirov, 90+3
"Zaqatala" - "İrəvan" 0:2
Qollar: Cavid Tağıyev, 41, İbrahim Əliyev, 58
"Araz Saatlı" - "İmişli" 0:2
Qollar: Xəzər Mahmudov, 45+2, 72, Tonia Tisdel, 80

