"Klubun ümumi vəziyyəti yaxşı deyil. çoxlu çətinliklər var"

13 Sentyabr 2023 16:00 I Divizion 927
"Klubun ümumi vəziyyəti yaxşı deyil. çoxlu çətinliklər var"

«Mən istəyərdim ki, birnci yer tutsunlar, Premyer Liqaya vəsiqə qazansınlar, ancaq bu, çox çətin işdir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın Müşahidə Şurasının sabiq sədri Mussa Qurbanov deyib.

İyulda klubun rəhbərliyini Şaban Şirdanova təhvil verən tanınmış funksioner ötən müddət ərzində doğma rayonunun təmsilçisinin fəaliyyəti ilə maraqlandığını bildirib:

«Klubun ümumi vəziyyəti yaxşı deyil. çoxlu çətinliklər var. Mən onda da dedim, Birinci Liqada çıxış edən komandalara ayrılan maliyyə vəsaiti artırılmasa, burada səviyyə qalxmayacaq, gərgin və maraqlı mübarizə getməyəcək.

Bu liqada cəmi 2-3 komandanın sponsoru var. 200-300 min manatla Birinci Liqada normal çıxış etmək mümkün deyil.

2015-cı ildən «Zaqatala»nın rəhbəri olmuşam, bu problemləri yaşamışam. O qədər xərc var ki…

Şaban müəllim çox çalışır ki, hansısa işlər görsün. Mən kənardan bunları görürəm və təəssüflənirəm.

Ona başqa kömək edən yoxdur. Nə yerli rəsmi dairələrdən, nə də iş adamlarından.

Söz deyənlər, söz verənlər var, amma əməli işə gələndə bir nəfər sinəsini qabağa vermir. Nə qədər belə davam edəcək, bilmirəm.

Mən bir zaqatalalı olaraq kluba kömək əlimi uzadıram. Təbii ki, imkanlarım daxilində.

Ancaq bu, kifayət etmir, başqaları da gərək «Zaqatala»ya kömək olsun. Bu yay komandanı tərk edənlər var.

Baş məşqçi Rüstəm Məmmədov əsasən gənclərin ümidinə qalıb. Birinci yer uğrunda mübarizə aparmaq çətin olacaq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti