Uçdu, başla gözəl qol vurdu – II Liqadan VİDEO+FOTOLAR

12 Sentyabr 2023 09:40 I Divizion 729
Uçdu, başla gözəl qol vurdu – II Liqadan VİDEO+FOTOLAR

«Ağdaş» II Liqada ikinci oyuna çıxıb.

Rayon təmsilçisi doğma publika önündə «Baku Sportinq»lə üz-üzə gəlib.

Qonaqlar rayondan 4:2 hesablı qələbəylə ayrılıb. Onların heyətində Röyal Nəcəfov dubla imza atıb.

«Baku Sportinq»dən Ülvi Quliyevlə Qərib İbrahimov hərəyə bir dəfə fərqlənib. Ev sahiblərindən isə Taryel Zeynalov iki qol vurub.

Ağdaşlı hücumçunun xüsusən ilk qolu baxımlı alınıb. O, cinah asmasını başla rəqib qapısından keçirib.

Ağdaş şəhər stadionunda təşkil olunan qarşılaşmanı 2000 nəfərə qədər azarkeş izləyib. Bu da istər-istəməz meydandakı mübarizəyə təsir edib.

Gərginlik o həddə çatıb ki, «Ağdaş»dan Ramal Əhmədov 90+cı dəqiqədə qırmızı vərəqə alıb. Yerli futbolçu meydanın mərkəzinə yaxın hissədə rəqibini kobud fəndlə dayandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti