“Transfer bazarı”nda aktivlik göstərən “İrəvan” daha bir tanınmış sima ilə anlaşma əldə edib.
Birinci liqa təmsilçisi “Neftçi” və “Qarabağ” kimi klubların formasını geyinmiş Elşən Abdullayevlə anlaşıb.
Bir vaxtlar ölkənin ən istedadlı futbolçularından hesab olunan yarımmüdafiəçi “Neftçi”nin yetirməsidir.
Gənclər millimizin sabiq üzvü aldığı ardıcıl zədələrdən sonra heç cür parlaq karyera yaşaya bilmədi.
O, “Səbail”, “Sabah”, “Zirə”, “Sumqayıt” klublarının da formasın geyinib.
27 yaşlı orta xətt oyunçusu ötən mövsümü “Kimyaçılar”da keçirib.
Abdullayev 2022/23 sezonunda 6 görüşdə cəmi 64 dəqiqə şans qazanıb.
XANOĞLAN / SPORTİNFO.AZ

