“Rəhbərlik məndən çempionluq istəmir“ - Yenidən iddialı olan klubun çalışdırıcısı

9 Sentyabr 2023 19:20 I Divizion 1 099
“Rəhbərlik məndən çempionluq istəmir“ - Yenidən iddialı olan klubun çalışdırıcısı

“Bizim qarşınıza konkret olaraq çempionluq hədəfi qoyulmayıb».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.

Artıq gələn həftə Birinci Liqada yeni mövsümə start veriləcək. Çempionatın dörd debütantı var, onlardan biri də Yevlax təmsilçisidir.

Vaxtilə Premyer Liqanın gümüş medallarını qazanmış «Karvan» sezonun favoritlərindən biri sayılır.

Hər halda Şahmar Vəliyev kimi böyük iş adamı klubu yenidən öz himayəsinə götürüb, büdcə artıb, şərait yaxşılaşıb.

Kərimovun bildirdiyinə görə, rəhbərlik onlardan üst sıralarda qərarlaşmağı tələb edib:

«Amma biz də çempionluq yarışında varıq. Qismətdə nə varsa, o da olacaq. Kim layiqdirsə, o da çempion olsun.

Region komandalarının Premyer Liqaya buraxılması sevindirici haldır. «Karvan»ın yeri oradır.

Rəhbərlikdən çox razıyıq. Bizə hər cür şərait yaradıblar. Çalışacağıq ki, bunun qarşılığını verək.

Builki çempionat maraqlı və gərgin keçəcək. İddialı iştirakçılar çoxdur.

«Karvan»ın hər cür imkanı var ki, onlarla başabaş mübarizə aparsın. Heyəti demək olar komplektləşdirmişik.

Başqa klublardan gələnlər var. Üç legioner də götürmüşük. Fürsət olan kimi komandanı daha da gücləndirəcəyik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti