Tanınmış baş məşqçi "Neftçi"nin sabiq hücumçusunu köməkçi götürdü

5 Sentyabr 2023 19:00 I Divizion 4 566
Tanınmış baş məşqçi "Neftçi"nin sabiq hücumçusunu köməkçi götürdü

«İrəvan»ın yeni baş məşqçisi Nazim Süleymanov «köhnə qvardiya»nı öz ətrafına toplamaqdadır.

Bir müddət əvvəl «Ximki»nin gənclər komandasından ayrılıb Rusiyadan vətənə qayıdan mütəxəssis Samir Ələkbərovu özünə əsas köməkçi götürüb.

«Neftçi»nin sabiq hücumçusu I Liqada işləmək üçün «Sportinq Baku»nun idman direktoru vəzifəsini tərk edib. Bu cütlüyün 5 il öncə “Sumqayıt”da da bərabar olmasını bildirək.

Aleksandr Jidkovun da artıq «İrəvan»da olmasını xatırladaq. İllər öncə millinin və «Neftçi»nin formasını geyinmiş Jidkov Rusiyadan gələrək, qapıçılar üzrə məşqçi kimi Süleymanovun korpusunda yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!