Azərbaycan futbolunun canlı əfsanəsi “İrəvan”da - FOTO

4 Sentyabr 2023 11:20 I Divizion 3 871
Azərbaycan futbolunun canlı əfsanəsi “İrəvan”da - FOTO

"İrəvan" yeni transfer edib.

Nazim Süleymanovu baş məşqçi postuna gətirən I Liqanın debütantı Aleksandr Jidkovla anlaşıb.

Vaxtilə “Neftçi”nin və millinin formasını geyinmiş, uzun illərdir Rusiyada yaşayan Jidkov Süleymanovun qapıçılar üzrə köməkçisi təyin olunub.

Onu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında klubun İdarə Heyətinin sədri Zülfüqar Kazımov və prezident Zahid Niyazəliyevlə yanaşı, tanınmış futbol mütəxəssisləri qarşılayıb

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!