I Liqanın yeni iştirakçılarından «Karvan» 3 legionerlə anlaşıb.
Bu barədə Sportinfo.az-a baş məşqçi Kənan Kərimov məlumat verib.
Yevlax təmsilçisinin çalışdırıcısı gürcüstanlı qapıçı, nigeriyalı hücumçu və fili dişi sahilili yarımmüdafiəçi ilə müqavilə bağladıqlarını bildirib.
Gənc mütəxəssis Yaponiya və Braziliyadan olan futbolçuların isə baxışdan uğurla keçmədiklərini söyləyib.
O, yaxın günlərdə komandaya daha 2-3 əcnəbi oyunçunun gələcəyini söyləyib.

