Bu il I Liqada mübarizə aparacaq “İrəvan” növbəti transferini reallaşdırıb.
Belə ki aşağı dəstənin debütantı Andrey Sinenkonu sıralarına qatıb.
Klıub rəsmiləri belaruslu qapıçını Heydər Əliyev adına beynəlxalq hava limanlnda qarşılayıb.
Onun pişvazına çıxanlar arasında İdarə Heyətinin sədri, 1-ci vitse-prezident Zülfüqar Kazımov və prezident Zahid Niyazəliyev də olub.
1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq legioner 191 sm boya malikdir. 26 yaşlı qolkiperin son klubu vətənində “Dinamo” (Minsk) olub.
I Liqa 2023/2024-cü illər mövsümündə 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, ilk yeri tutan iştirakçı növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.
SPORTİNFO.AZ

