Klub prezidenti: “Çempion olmaq, Premyer Liqada çıxış etmək istəyirik” - VİDEO

1 Sentyabr 2023 21:20 I Divizion 1 128
Klub prezidenti: “Çempion olmaq, Premyer Liqada çıxış etmək istəyirik” - VİDEO

“Bu il Birinci Liqada debüt etsək də, məqsədlərimiz böyükdür”.

“Difai”nin prezidenti Asəf Məlikov belə deyib.

“Real”TV-yə müsahibə verən klub rəhbəri 44 günlük Vətən müharibəsi iştirakçılarından ibarət komandanın qarşıdakı hədəflərindən

danışıb.
O, yarandığı gündən kluba dəstək olan Gənclər və İdman Nazirliyinə, AFFA və Peşəkar Futbol Liqasına təşəkkür edib.

Bildirib ki, "Difai"nin bayrağında və gerbində qara rəng türkçülük etimologiyasındakı torpağı, ağ yazılar gələcəyimizin uğurlu və işıqlı olacağını, qırmızı rəng isə şəhidlərimizin qanını simvolizə edir.

Yeni gerbdə 11 ulduz isə futbolçuların sayını göstərir: “Birinci Liqada çempion olmaq, gələn il Premyer Liqaya vəsiqə qazanmaq istəyirik”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti