Yevlax şəhər stadionu I Liqaya hazır vəziyyətə gətirilib.
«Karvan»ın dönüşü ilə ölkənin futbol sahnəsində yenidən adından söz etdirmək niyyətində olan rayonda hamı mövsümün açılışını gözləyir.
Tanınmış iş adamı Şahmar Vəliyevin təkrar himayəsinə götürdüyü klub Premyer Liqaya iddialıdır və bütün planlarını bu istiqamətdə qurub.
Böyük biznes dünyası olan Vəliyevin ayırdığı vəsaitlə stadionun meydjançası ideal hala salınıb. «Qəbələ»dən dəvət edilmiş mütəxəssislər bunun üçün lazımı işlərin hamısını görüb.
Paltardəyişmə və hakimlər otaqları təmin olunub. Yaxın günlərdə isə burada tablo quraşdırılacaq.
Elektron tablonun alıması məqsədilə bir neçə şirkətlə danışıqlar aparılır. Gündəlikdə dayanan növbəti məsələ işıqlandırma sistemidir.
Hansı ki, Peşəkar Futbol Liqası Premyer Liqada oynamaq istəyən klublardan bunu tələb edir.
SPORTİNFO.AZ

