“Difai”də XÜSUSİ GÜN – Yeni sponsorlar, yeni məqsədlər...

29 Avqust 2023 14:40 I Divizion 1 020
“Difai”də XÜSUSİ GÜN – Yeni sponsorlar, yeni məqsədlər...

2023/2024-cü illər mövsümündə I Liqada iştirak edəcək «Difai»FK sabah təqdimat mərasimi keçirəcək.

«SKY Hotel»in 3-cü mərtəbəsində təşkil olunacaq tədbir saat 16:00-da başlayacaq.

Klub rəhbərliyinin iştirak edəcəyi təqdimatda klubun yeni loqosu, bayrağı, geyim formaları nümyaiş olunacaq.

Həmçinin «Difai»FK-nın bu mövsüm tərəfdaşı olacaq şirkətlərin adları açıqlanacaq. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti