I Liqanın 4 debütantından biri olan “Difai” loqosunu və rənglərini dəyişib.
Region Liqasının ötənilki iştirakçısı bu dəfə qara və qırmızı rənglərə üstünlük veriB.
“Tarixi yaşadaraq tarix yazan fədailər”in komandasınin yeniliyi təsadüfü deyil
“Difai” İİ Qarabağ müharibəsində şəhid və\qazi olan Azərbaycan oğullarına ehtiram əlaməti kimi qırmızı rəngi seçib. Axı onlar bu vətən uğrunda öz qanlarından keçiblər.
«Difai» 1905-1917-ci illər aralığında mövcud olmuş milli antiterror təşkilatımızdır. Azərbaycanın hər yerində, Qafqazda ermənilərə qarşı rəşadətlə mübarizə aparıb, bir çox nailiyyətlərə imza atıb.
«Difai» dünyada anoloqu olmayan klubdur. Özəlliyi Vətən savaşından çıxmış, qazi olmuş keçmiş hərbçiləri, könüllüləri bir araya gətirməsi, onları vahid komanda şəklində, bir məqsəd ətrafında birləşdirməsidir.
Dünyada belə bir ikinci təcrübə yoxdur, axtarışa çıxmayın. Vaxtınızı boşa verməyin, tapmayacaqsız.
«Difai»FK gənclərin vətənpərvərlik ruhunda böyüməsi, müqəddəs torpaqlarımız uğrunda canından keçmiş şəhidləri daim hörmətlə yad eləmək, müharibə iştirakçıları və qazilərin psixoloji reablitasiyasını sürətləndirmək, onları normal həyata qaytarmaq, gələcəyə nikbin nəzərlər yanaşması mənasında gözəl missiyanı öz üzərinə götürüb.
Vətən Müharibəsinin qəhrəmanlarını yaşatmaq naminə! Bu qəhrəmanları bütün Azərbaycana tanıtmaq naminə!
Onları qorumaq, özləri, ataları, anaları, qardaşları, bacıları, ailələri, övladları üçün yaşamağa ruhlandırmaq naminə!
SPORTİNFO.AZ

