Azərbaycanlı baş məşqçi Rusiyada üç təklifdən imtina etdi

25 Avqust 2023 21:00 I Divizion 5 253
Azərbaycanlı baş məşqçi Rusiyada üç təklifdən imtina etdi

Nazim Süleymanov Azərbaycana qayıdıb.

I Liqada mübarizə aparacaq “İrəvan”la anlaşan ötənlərin məşhur futbolçusu Rusiyada qalmaq istəməyib.

Nazim bəyi ötən ilin sentyabrından “Ximki”nin 19 yaşlılardan ibarət komandasında baş mıəşqçi kimi çalışırdı.

Ötən mövsümün yekunlarına görə “Ximki”nin əsas komandası Premyer Liqanı tərk etdiyindən, U-19 dağılıb. Futbolçuların hərəsi bir kluba üz tutub.

Süleymanova hələ futbol oynadığı dönəmdən xüsusi simpatiya bəsləyən “Ximki”nin baş sponsorunun rəhbəri Tufan Sadıqov ona klubda qalmaq üçün iki vəzifə təklif edib.

Əsas komandada baş məşqçi Andrey Talalayevin köməkçisi olmaq, ya da seleksiya qrupunun rəhbəri səlahiyyətlərini icra etmək.

58 yaşlı mütəxəssis təkliflərin heç birini yaxına buraxmayıb. Hətta adını dəqiqləşdirə bilmədiyimiz Rusiya klublarından biri də xidmətində maraqlı olub.

Amma onların rəsmilərinə də Azərbaycana qayıtmaq istəyində olduğunu bildirib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti