"Başqası yoxdur ki, hansısa addım ataq" – I və II Liqaya aid problem

23 Avqust 2023 03:20 I Divizion 803
"Başqası yoxdur ki, hansısa addım ataq" – I və II Liqaya aid problem

"Bizdə Premyer Liqa oyunları 5-ci, 6-cı və bazar günləridir.

İnanırsınız, hətta 5-ci və 6-cı günlərə oyun salanda da bizə irad bildirirlər ki, bazar gününə salın.

Cəmi bir bazar günü var. Başqası yoxdur ki, hansısa addım ataq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev deyib. O, 1 və 2-ci liqanın oyunlarının həftəiçinə təyin olunması ilə bağlı danışıb.

Qurum rəsmisi bildirib ki, komandalar uğurlu çıxış etsələr, həftəiçi oyunlarına da azarkeş gələcək:

“Çempionlar Liqası 2-ci, Avropa Liqası 4-cü gün olur, amma buna baxmayaraq, stadionlar dolur. Komanda yaxşı oynasa, məncə, azarkeşlər gələcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti