“Difai” ilk rəqibini tanıdı – I Liqa III dövrədən ibarət olacaq

22 Avqust 2023 17:20 I Divizion 1 150
“Difai” ilk rəqibini tanıdı – I Liqa III dövrədən ibarət olacaq

Azərbaycan I Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev və klubların nümayəndələri iştirak edib.

Komanda rəsmiləri yarışların reqlamenti və formatı ilə bağlı məlumatlandırıldıqdan sonra yarışın püşkü atılıb.

Əsasnaməyə görə, I Liqanın 1-ci dövrəsində meydan sahibi olacaq komandalar III dövrədə də rəqiblərini qəbul edəcəklər.

I Liqa sentyabrın 13-də başlayacaq.

I tur
“Difai Ağsu” – MOİK
“Zaqatala” - “İrəvan”
“Karvan” - “Mingəçevir”
“Qaradağ Lökbatan” - “Şamaxı”
“Araz Saatlı” - “İmişli”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti