"Onların müqavilə gücünə komandada qalmasına ehtiyac yoxdur"

14 Avqust 2023 17:40 I Divizion 864
"Onların müqavilə gücünə komandada qalmasına ehtiyac yoxdur"

«Adətən, yeni komanda formalaşanda özünü göstərmək istəyən futbolçular baxışa gəlirlər və biz də istisna deyilik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

Yeni mövsümdən I Liqada mübarizə aparcaq klubun rəhbəri seleksiya prosesinin davam etdiyini bildirib.

Ağsu təmsilçisi bu istiqamətdə davamlı iş apardıqlarını söyləyib, həmçinin bəzi problemlərlə üzləşdiklərini vurğulayıb:

«Müəyyən futboluçuların peşəkarlıq səviyyəsi, bəzilərinin nizam-intizamı bizim tələblərə cavab vermirsə, onlarla yollarımızı birləşdirmirik.

4 nəfərlə müqavilə bağlandıqdan sonra "menecer"lərinin onları başqa klublara "bazarlaması" məsələsini öyrəndik. Odur ki, hamısının müqavilələrinə xitam verdik.

Bizim klubun nizam-intizam qaydaları ilə yanaşı, etik qaydaları da var. Sadə etika qaydalarına riayət etməyənlərin müqavilə gücünə komandada qalmasına ehtiyac yoxdur.

Yəni, komandanı maliyyə problemi ilə əlaqədar kiminsə tərk etməsi həqiqətəuyğun deyil. Bu gün də hər-hansı futbolçu klubun qaydalarını pozarsa, komandadan xaric olunacağı barədə xəbərdardır.

«Difai» tarixdir. Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlər göstərmiş təşkilatın adını daşıyan klubda çalışan hər kəs bu məsuliyyəti hiss etməli, o formanı şərəflə daşımalıdır.

Burada çıxış etmək hər futbolçunun arzusu olmalıdır».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti