Azərbaycanda bu klubu qara görə "tərlətdilər" - NİYƏ TƏMİZLƏMƏDİZ?

11 Fevral 2023 02:20 I Divizion 791
Azərbaycanda bu klubu qara görə "tərlətdilər" - NİYƏ TƏMİZLƏMƏDİZ?

İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, bu gün baş tutan iclasda I Divizionun XVI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun XVI turunun “İmişli” - “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Qəbələ-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);

XVI turun “Kəpəz-2” - “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);

XVI turun “Şamaxı-2” - “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur (maddə 60);

Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 62.1);

“Turan Tovuz-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);

“Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);

XVI turun “Səbail-2” - “Qaradağ Lökbatan” oyununda “Səbail-2” komandasının oyunçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1);

XVI turun “Zaqatala” - MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə klub 80 manat cərimə olunur (maddə 60);

“Zaqatala” - MOİK oyununda PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur (maddə 60);

“Zaqatala” klubunun oyunçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1);

MOİK klubunun oyunçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına gör 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur (maddə 47.1).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti