"Neftçi"nin tanınmış yetirməsi rəsmən Muxtar Respublika komandasında

8 Fevral 2023 01:10 I Divizion 1 207
"Neftçi"nin tanınmış yetirməsi rəsmən Muxtar Respublika komandasında

Yayda "Neftçi"dən ayrılan Fəhmin Muradbəylinin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını I Divizionda davam etdirəcək.

Muradbəyli "Araz Naxçıvan"a keçib. Bu barədə Muxtar Respublika təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

U-21 millimizin keçmiş üzvü mövsümün sonuna kimi "Araz Naxçıvan"da çıxış edəcək.

Fəhmin Muradbəyli "Neftçi"nin yetirməsidir. O, son mövsümü icarə əsasında "Şamaxı"nın heyətində keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu