Avropa ölkəsindən təklif aldı, viza ala bilmədi, Diviziona qayıtdı

21 Yanvar 2023 10:40 I Divizion 977
Avropa ölkəsindən təklif aldı, viza ala bilmədi, Diviziona qayıtdı

"Araz Naxçıvan"ın müdafiəçisi Elvin Dəmirov karyerasını yenidən ölkə xaricində davam etdirmək fürsətini qaçırıb.

Mövsümün ilk hissəsini I Divizionda keçirən "Qəbələ"nin yetirməsi Polşaya dönmək istəsə də, sənəd problemi üzündən burada qalmalı olub.

Litvadan ("Babrunqa") və Maltadan da təklif alan gənclər yığmasının sabiq üzvü qarşıdakı ayları yenə aşağı dəstədə keçirəcək.

Bu barədə Sportinfo.az-a açıqlama verən "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov deyib:

"Elvin bir müddət əvvəl bizə demişdi ki, Polşadan dəvəti var, ora qayıtmaq istəyir. Buna görə ona icazə verdik.

Sonra məlum oldu ki, Polşaya viza ala bilməyib. Sənədlərində hansısa problem çıxıb, həll etməyə gecikib.

Daha bizim komandaya dönməsi mümkün deyil. Eşitdiyimə görə, ikinci dövrəni MOİK-də keçirəcək".

Digər Xəbərlər
Xəbər Lenti