Əlbəyaxa dava edən məşqçi ilə futbolçu komandadan kənarlaşdırıldı!

20 Yanvar 2023 21:00 I Divizion 1 224
Əlbəyaxa dava edən məşqçi ilə futbolçu komandadan kənarlaşdırıldı!

I Divizionda məşqçi və futbolçu komandadan uzaqlaşdırılıb.

Söhbət aşağı dəstədə mübarizə aparan “Zaqatala”dan gedir.

Buna səbəb düşərgədə yaşanan insidentdir, Hadisə toplantıda baş verib.

Çalışdırıcı Rüstəm Məmmədovun köməkçisi Nəsib Əliyev yığıncaqda futbolçulardan Elşən Əlicanovla mübahisə edib, onun üstünə qışqırıb.

Bundan ürəyi soyumayan məşqçi oyunçuya fiziki təzyiq göstərib, sillə-təpiyin altına salıb.Ağız-burunu “dağılan” komanda üz vünü Əliyevin əlindən güclə alıblar.

Klub rəhbərliyi onlar barəsində tədbir görüb. Həm Nəsib Əliyev, həm də Elşən Əlicanov cərimələnib, üstəlik, kollektivin sıralarından kənarlaşdırılıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti