“Kim istəyər ki, onun komandasında bu cür şeylər baş versin?”

25 Yanvar 2023 21:00 I Divizion 558
“Kim istəyər ki, onun komandasında bu cür şeylər baş versin?”

“Bəli, klubdaxili iclasda insident yaşanıb.

Bir neçə saniyə davam edən gərginlik tezliklə də yekunlaşıb.

Amma kimsə əlbəyaxa olmayıb. Mənim kənardan müşahidə etməyim, məşqçi haqq qazandırmağı barədə deyilənlər isə doğru deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”ın baş məşqçisi Rüstəm Məmmədov iclasların birində köməkçisi ilə futbolçusu arasıda yaşanan gərginliyə münasibət bildirərkən deyib.

“Zaqatala”da məşqçi və futbolçu komandadan uzaqlaşdırılıb. Buna səbəb düşərgədə yaşanan olaydır, Hadisə toplantıda baş verib.

Rüstəm Məmmədovun köməkçisi Nəsib Əliyev yığıncaqda futbolçulardan Elşən Əlicanovla mübahisə edib, onun üstünə qışqırıb.

Bundan ürəyi soyumayan məşqçi oyunçuya fiziki təzyiq göstərib, sillə-təpiyin altına salıb.Ağız-burunu “dağılan” komanda üz vünü Əliyevin əlindən güclə alıblar.

Klub rəhbərliyi onlar barəsində tədbir görüb. Həm Nəsib Əliyev, həm də Elşən Əlicanov cərimələnib, üstəlik, kollektivin sıralarından kənarlaşdırılıblar.

R.Məmmədov başverənlərə görə tərəflərin klub tərəfindən cəza almasını təsdiqləyib:

“Cəza hamı üçün nəzərdə tutulub. Bizdə bu qayda dəyişilməz olaraq qalır.

Haqqında danışdığımız hadisəyə görə həm məşqçi, həm də futbolçu 100 faiz öz cəzasını alıb. Hətta məşqçi 1 aylıq komandadan uzaqlaşdırılıbı.

Son oyunlarda da adları pratokolda yer almır. İstənilən kollektivdə belə şeylər ola bilər.

Bütün klublarda formalaşan cəza kodeksi də məhz belə anlar üçün nəzərdə tutulub. Sadəcə, həmin futbolçunun özünün və valideynlərinin razılığı ilə onu yenidən komandamıza qaytarmışıq.

Yəni hər şey yoluna qoyulub. İndi arada ciddi narazılıq yoxdur, tərəflər arasında razılıq əldə olunub. Daha hadisənin detallarına getmək istəmirəm.

Bunun anlaşılmazlıqdan baş verməsini desəm, düzgün olar. Emosiyalar qızışanda. Mən bu hadisə vaxtə məşqçiyə tərəf olmamışam.

Futbolçudur, cavan uşaqdır, səhv edə bilər. Məşqçi də əsəblərini cilovlaya bilməyib, səhvə yol verib.

Heç kim robot deyil. Belə hadisələr hər yerdə olur. Kim istəyər ki, onun komandasında bu cür şeylər baş.versin? Heç kim!

Mənim komandada bir futbolçuyla da problemim yoxdur. Nə məsələ olursa, özümüz həll edirik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"