"Mən vəzifədən göndərilməmişəm, yeni ailə qurduğum üçün..."

21 Yanvar 2023 23:00 I Divizion 1 137
"Mən vəzifədən göndərilməmişəm, yeni ailə qurduğum üçün..."

"Mən komandadan göndərilməmişəm. Sadəcə, öz istəyimlə baş məşqçi postundan ayrılmışam".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın sabiq baş məşqçisi Səbuhi Həsənov deyib.

Gənc mütəxəssis ayrılmaq istəyinin səbəbini isə belə izah edib:

"Komandanın nəticələri və göstərdiyimiz oyun heç də fiasko deyildi. Düzdür, 10-cu pillədə qərar tuturduq, amma yuxarı pillədə olan klublarla aramızda xal fərqi elə də çox deyildi.

Belə vəziyyətin yaranması da heyətdəki ciddi itkilərlə bağlıydı. Mövsümün əvvəli bəzi futbolçular düşərgəyə gec qoşuldu.

Zədə səbəbindən kənarda qalan futbolçularımız oldu. İşimlə bağlı rəhbərliyin narazılığı olmayıb.

Sadəcə,, bu aralar işlərim çox idi. Yeni ailə həyatı qurmuşam. Komandaya yetəri qədər zaman ayıra bilmirəm.

Ona görə də özüm rəhbərlikdən xahiş etdim ki, baş məşqçi postundan gedim. Amma komandadan getməmişəm. İşimə köməkçi məşqçi kimi davam edəcəm".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda