Azərbaycanda balaca qardaş da baş məşqçi postuna gətirildi

18 Yanvar 2023 16:00 I Divizion 1 078
Azərbaycanda balaca qardaş da baş məşqçi postuna gətirildi

«Qaradağ Lökbatan»a yeni baş məşqçi təyin olunub.

Araz Bağırov komandanın sükanı arxasına gətirilib.

Son olaraq «Sabah»ın akademiyasında işləmiş gənc çalışdırıcı bu postda Səbuhi Həsənovu əvəzləyib.

Beləliklə, I Divizionda mövsümün ikinci yarısında qardaş rəqabətinə şahidlik edəcəyik. Araz Bağırovun böyük qardaşı Azər Bağırov bu sezondan «Araz Naxçıvan»ın başındadır.

Qəsəbə təmsilçisi mövsümün geridə qalan hissəsini zəif keçirib. Son çempion 14 tur ərzində cəmi 18 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bundan əvvəl MOİK çalışdırıcısını dəyişib. Şəhriyar Məmmdovu bu postda Qəzənfər Abbasov əvəzləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı