Daha bir komanda baş məşqçisi ilə vidalaşdı

18 Yanvar 2023 10:40 I Divizion 1 308
Daha bir komanda baş məşqçisi ilə vidalaşdı

I Divizionda növbəti baş məşqçi istefası reallaşıb.

Mövsümün əvvəlində «Qaradağ Lökbatan»da işə başlayan Səbuhi Həsənov komandanın sükanı arxasından uzaqlaşdırılıb.

Qəsəbə təmsilçisi mövsümün geridə qalan hissəsini zəif keçirib. Son çempion 14 tur ərzində cəmi 18 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Bundan əvvəl MOİK çalışdırıcısını dəyişib. Şəhriyar Məmmdovu bu postda Qəzənfər Abbasov əvəzləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti