Aşağı dəstənin iddialı klubu gürcü müdafiəçi ilə müqavilə bağladı

16 Yanvar 2023 15:00 I Divizion 1 405
Aşağı dəstənin iddialı klubu gürcü müdafiəçi ilə müqavilə bağladı

I Divizionda ikinci dövrəyə hazırlıq görən “Araz Naxçıvan” yeni transfer edib.

Bu barədə Sportinfo.az-a muxtar bölgənin təmsilçisini çalışdıran Azər Bağırov məlumat verib.

Onun sözlərinə görə, Nikolaz Baçaliaşvili ilə 5 aylıq müqavilə imzalanıb. Komanda Premyer Liqaya vəsiqə qazanarsa, anlaşmanın müddəti birillik uzadılacaq.

Azərbaycanın U-17, U-19 və U-20 yığmalarında çıxış etmiş arxa xətt oyunçusu bu məqsədlə Gürcüstandan ayrılıb. “Qəbələ“nin yetirməsi son olaraq tarixi ölkəsində “Spaeri”nin formasını geyinib.

Nikolazın komandası Gürcüstan yüksək liqasına çıxmaq uğrunda mübarizə aparırdı. Amma onlar sonda həmin vəsiqəni əldə edə bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti