Çempionatın lideri 6-7 min manata görə… ACINACAQLI VƏZİYYƏT

12 Yanvar 2023 17:42 I Divizion 793
Çempionatın lideri 6-7 min manata görə… ACINACAQLI VƏZİYYƏT

I Divizionun qış çempionu olan “Araz Naxçıvan” Türkliyəyə yol tapa bilməyib.

Bu, maliyyə ehtiyatının az olmasıyla əlaqədardır.

Vasif Talıbovun Ali Məclisin sədri postundan istefa verməsindən sonra dayaqları zəifləyən muxtar respublika klubu qənaət sisteminə keçib.

Hətta o qədər ki, bu gün 6-7 min manat xərc də “ağ-qırmızılar”ın gözünə çox görünür.

Odur ki, aşağı dəstənin lideri qardaş ölkəyə üz tutmaqdansa, Bakıda təlim-məşq toplanışı keçməyi qərara alıb. Hazırlıq prosesi yanvarın 21-dən fevralın 1-dək davam edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!