“Rəhbərlik komandanın işinə müdaxilə edir və özünə aid olmayan məsələlərə qarışırsa….”

10 Yanvar 2023 21:20 I Divizion 930
“Rəhbərlik komandanın işinə müdaxilə edir və özünə aid olmayan məsələlərə qarışırsa….”

“Klubda hərə öz işini bilməli və görməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir”in sabiq baş məşqçisi Azər Həşimov deyib.

I Divizionun debütantı 15 iştirakçı arasında 13-cü pillədə yer alıb. Büdcəni və şəraiti nəzərə alsaq, komanda orada yer almalıdır?

Gənc mütəxəssis bu haqda aşağıdakıları söyləyib:

“Digər bir neçə komandada da eyni büdcədir. Amma onların durumu bizimkindən yaxşıdır.

Sadəcə, həmin klublarda hər kəs öz işi ilə məşğul olur. Futbolçu bilməlidir ki, ona söz deyəcək, irad tutacaq adam baş məşqçidir.

Baş məşqçi görməlidir ki, rəhbərlik ona isti yanaşır, hansısa anlaşılmazlıq olanda onu yoluna qoymaq üçün sivil qaydada söhbət edir.

Harada ki, rəhbərlik komandanın işinə müdaxilə edir, özünə aid olmayan işlərə qarışır, orada uğur olmur.

Fürsətdən istifadə edib, şəhərimizin icra başçısı İlham İsmayılova “sağ ol” demək istəyirik. İlham bəy çətinlikləri diqqətdə saxlayır və həllinə çalışır.

İnanıram ki, “Mingəçevir”in uğurlu çıxışı və azarkeşlərimizin rahatlığı üçün hər cür şərait yaradılacaq”.

Digər Xəbərlər
Xəbər Lenti