Vasif Talıbovdan sonrakı “Araz Naxçıvan”ın planı: “Növbəti mövsüm Permyer Liqada…”

23 Dekabr 2022 17:20 I Divizion 833
Vasif Talıbovdan sonrakı “Araz Naxçıvan”ın planı: “Növbəti mövsüm Permyer Liqada…”

“Bu gün-sabah bütün məsələlərə aydınlıq gəlməlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

I Divizionda çıxış edən klub yeni xəbərləri açıqlamağa hazırlaşır.

Redaksiyamıza daxtl olan məlumata görə, bugünlərdə rəhbərliyin toplantısı keçiriləcək.

İclasda Muxtar Respublika təmsilçisinin gələcək fəaliyyəti ilə bağlı ciddi qərarların qəbul edilməsi nəzərdə tutulub.

Burada məlum olacaq ki, «ağ-qırmızılar» növbəti ilə hazırkı rəyasət heyəti ilə başlayacaq, ya yeni simalar görəvə gələcək.

Proseslərin başında Vasif Talıbov amili dayanır. Məlum olduğu kimi, o, dünən Naxçıvan Ali Məclisinin sədri postundan istefa verib. Onun səlahiyyətləri birinci müavini Azər Zeynalova keçib.

Talıbovun 27 il tutduğu vəzifədən getməsi, heç şübhəsiz, «Araz Naxıçvan»a da öz təsirini göstərəcək. Axı birinci liqa klubunun idarəçiləri ona bağlılığı ilə bilinən şəxslərdir.

Bölgə təmsilçisini maliyyələşdirən şirkətlər də sabiq sədrə yaxınlığıyla tanınır. A.Bağırov bildirib ki, o, klub funksionerləri ilə gecə-gündüz əlaqədədir:

“Hal-hazırda bizdə hər şey qaydasındadır. Gələcək planlarla bağlı hər gün rəhbərliklə danışıqlarımız gedir.

Yaxın altı ayın planlıarını tuturuq. Gələcək planlarımızın heç biri dəyişməyib.

“Araz Naxçıvan” növbəti mövsüm Permyer Liqada olmaq istəyir.. Bunun üçün daim işləyirik , fikirləşirik.

Vüqar Abbasov bu gün də klubun başındadır. Rəhbərlikdə dəyişiklik olmayıb. Lazımı dəstəyi komandaya verirlər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"