Vasif Talıbov getdi, bəs "Araz Naxçıvan"ın aqibəti necə olacaq?

22 Dekabr 2022 16:00 I Divizion 2 037
Vasif Talıbov getdi, bəs "Araz Naxçıvan"ın aqibəti necə olacaq?

I Divizionda çıxış edən «Araz-Naxçıvan» yeni xəbərləri açıqlamağa hazırlaşır.

Redaksiyamıza daxtl olan məlumata görə, bugünlərdə klub rəhbərliyinin toplantısı keçiriləcək.

İclasda Muxtar Respublika təmsilçisinin gələcək fəaliyyəti ilə bağlı ciddi qərarların qəbul edilməsi nəzərdə tutulub.

Burada məlum olacaq ki, «ağ-qırmızılar» növbəti ilə hazırkı rəyasət heyəti ilə başlayacaq, ya yeni simalar görəvə gələcək.

Proseslərin başında Vasif Talıbov amili dayanır.

Məlum olduğu kimi, o, dünən Naxçıvan Ali Məclisinin sədri postundan istefa verib. Onun səlahiyyətləri birinci müavini Azər Zeynalova keçib.

Talıbovun 27 il tutduğu vəzifədən getməsi, heç şübhəsiz, «Araz Naxıçvan»a da öz təsirini göstərəcək. Axı birinci liqa klubunun idarəçiləri ona bağlılığı ilə bilinən şəxslərdir.

Bölgə təmsilçisini maliyyələşdirən şirkətlər də sabiq sədrə yaxınlığıyla tanınır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti