Divizion komandasında KƏNAR ŞƏXS

21 Dekabr 2022 01:50 I Divizion 531
Divizion komandasında KƏNAR ŞƏXS

İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

I Divizionun XV turunun “İmişli” – “Turan Tovuz” oyununda “İmişli” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

“İmişli” – “Turan Tovuz” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilsin. (maddə 49.2)

“Şamaxı” – “Zirə” oyununda “Zirə” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

“Səbail” PFK – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 57 nömrəli oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın, klub 20 manat cərimə edilsin ( maddə 47.2.).

“Zaqatala” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39.).

Digər Xəbərlər
Xəbər Lenti