"Belə vəziyyətdə işləmək bizə çox çətindir"

17 Dekabr 2022 23:40 I Divizion 569
"Belə vəziyyətdə işləmək bizə çox çətindir"

«Belə vəziyyətdə işləmək bizə çox çətindir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

O, bu mövsümdən etibarən klubun maliyyə vəziyyətinin pisləşdiyini, istədikləri heyəti yığa bilmədiklərini bildirib:

«Hər il demək olar yeni komanda formalaşdırırıq. Bizdə elədir ki, növbəti mövsüm büdcənin qədər olacağını əvvəlcədən bilmirik.

Yalnız çempionatın startına az qalmış məlum olur ki, AFFA «Zaqatala»ya nə qədər vəsait ayırıb. Onda da əksər aparıcı futbolçularımız çıxıb gedir.

Bu il büdcənin bir qədər artırılacağını gözləyirdik. Onu bir qədər də azaltdılar. Başqa klublardan bir az artıq maaş təklif edən kimi burada qalmırlar.

Ötən illərdə həmişə qarşımıza məqsəd qoyurduq ki, iddialı olaq, yer tutaq. Bu il elə hədəfimiz yoxdur.

Üstünlüyü təcrübəsiz gənclərə vermişik və çalışırıq ki, heç olmasa, Zaqataladakı oyunlarda uduzmayaq.

Ona sevinirəm ki, sözümüzü tutmuşuq, evdəki oyunlarda məğlubiyyətimiz olmayıb».

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı