Bölgə klubları acınacaqlı durumda STARTI GÖZLƏYİR

12 Avqust 2022 17:40 I Divizion 1 186
Bölgə klubları acınacaqlı durumda STARTI GÖZLƏYİR

Azərbaycan Premyer Liqası ötən həftə start götürdü.

Dünən isə Birinci Divizionun püşkü atıldı. 24 avqust komandalar ilk turun matçlarına çıxacaq.

Yəni starta 2 həftədən də az bir vaxt qalır.

Amma çempionata buraxılmaq icazəsi verilən "İmişli" və "Mingəçevir" komandalarında qeyri-müəyyənlik davam edir.

Hər iki bölgə klubunda da büdcə ilə bağlı vədlər verilsə də, bu günə qədər pul görən olmayıb.

Peşəkar çempionatda iştirak edəcək hər iki klub da həvəskar səviyyədə hazırlığını davam etdirir.

Yalnız yerli uşaqlardan cəm olmuş kollekivlərin nə normal inventırları var, nə normal qidalanması, nə də normal hazırlıq prosesi.

İndi gəl bu şərtlər altında yerli publikaya hesabat ver...

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var