"Neftçi"nin sabiq baş məşqçisi yenidən I Divizionda

6 Avqust 2022 23:40 I Divizion 1 180
"Neftçi"nin sabiq baş məşqçisi yenidən I Divizionda

«Neftçi»nin sabiq baş məşqçisi Füzuli Məmmədov növbəti «futbol ili»ni də I Divizionda keçirəcək.

O, «Qaradağ Lökbatan»la yenidən anlaşıb.

Qəsəbə komandasını ötən mövsüm çempionatın qalibi edən mütəxəssisin köməkçiləri də bəllidir.

Rafael Əmirbəyov və Səbuhi Həsənov onun korpusunda yer alıb. Sonuncunun keçən sezon «Səbail»in əvəzedici heyətini çalışdırmasını xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti