"İndi 300 min manatla Divizionda mübarizə aparmaq olmaz"

6 Avqust 2022 15:00 I Divizion 883
"İndi 300 min manatla Divizionda mübarizə aparmaq olmaz"

«Zaqatala»nın prezidenti Musa Qurbanlı AFFA-nın baş katibi Sərxan Hacıyevlə söhbət edib.

Onun Sportinfo.az-a bildirdiyinə görə, görüş «Qarabağ»ın Çempionlar Liqasının III təsnifat mərhələsinin «Ferentsvaroş»la qarşılaşması (1:1) zamanı baş tutub.

Belə ki, Ağdam klubunun macarlarla oyununu izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna gələn federasiya nümayəndəsi I Divizion klubunun rəhbəri ilə VİP-lojada görüşüb:

«Onunla yeni mövsümlə bağlı söhbətimiz oldu. Sərxan müəllimdən Divizion komandalarına ayrılacaq yardımı soruşdum.

Sual verdim ki, maliyyə vəsaiti nə vaxt köçürüləcək, çünki biz hələ nə səviyyədə heyət formalaşdıracağımızı, çempionatda hansı məqsədlər üçün mübarizə aparacağımızı bilməliyik.

Baş katib cavab verdi ki, o, hələ bu barədə dəqiq heç nə deyə bilmir, amma bugünlərdə bütün məsələlərə aydınlıq gələcək.

«Zaqatala»nın yeganə maliyyə qaynağı AFFA-dır. Klub yarandığı gündən AFFA-nın hesabına fəaliyyət göstərir.

Əvvəlki büdcəni ayırsalar, daha heç nə… Normal komanda qurmaq mümkün olacaq.

İndi 300 min manatla çempionatda mübarizə aparmaq olar? Hər şey bahalaşıb, xərclər artıb, bu pulla nə edək? Əlbəttə, büdcədə artım gözləyirəm».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"