"Xan Lənkəran"ın vitse-prezidenti AFFA ilə bağlı elə gizli məqama aydınlıq gətirdi ki…

31 İyul 2022 20:40 I Divizion 2 074
"Xan Lənkəran"ın vitse-prezidenti AFFA ilə bağlı elə gizli məqama aydınlıq gətirdi ki…

"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" I Divizionda iştirak üçün AFFA-ya məktub ünvanlayıb.

AFFA-nın saytı iddia edib ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan 11 meyara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə Divizionda çıxışı baş tutmayacaq.

Federasiya «Xan Lənkəran»ın «Qobustan»la varislik əsasında I Divizionda yarışmasına müsbət yanaşmayıb, onların bununla bağlı müraciətini cavablandırmayıb.

Cənub təmsilçisinin vitse-prezidenti Rəhman Abbasov bununla bağlı Sportinfo.az-a açıqlama verib:

«Klubumuz 2 ildir fəaliyyət göstərir. Əvvəlcə «Mamusta»FK adı altında futbolda ilk addımlarımızı atmışıq. Bu, AFFA-nın qeydiyyat sistemində də göstərilib.

Bilirsiz ki, «Sabah» əvəzedici komandasının 1 mövsüm Divizionda iştirak etməyəcəyinə dair AFFA-ya müraciət ünvanlamışdı.

Ondan sonra AFFA Divizionda mübarizə aparacaq növbəti klubu müəyyənləşdirmək üçün müsabiqə elan edib. Burada 11 meyardan söhbət gedirdi.

Bildirilmişdi ki, 1 tələbin hamısına cavab verilməlidir. Bizdə də 3 illik limit yoxdur. Odur ki, biz AFFA-ya müraciətimizi başqa səpgidən etdik.

Orada da göstərdik ki, Divizionda iştirakımıza icazə verilməsi üçün növbəti dəfə müraciət edirik.

Sual çıxa bilər ki, əgər 11 meyarın hamısına cavab vermək mümkün deyildisə, növbət dəfə AFFA-ya müraciət etməyinizin səbəbi nə idi?

Biləsiz ki, varisliklə əlaqədar AFFA-ya müraciətimiz olub. Region Liqasından 5 komanda «Xan Lənkəran»ın varisi olmağa razı idi və biz bunu AFFA-ya göndərdiyimiz məktubda da konkret qeyd etmişik.

Bildirmişdik ki, sırf «Xan Lənkəran»ın yaranma tarixinə görə 11 meyrardan birinə cavab verməyimiz problemdirsə, varislik məsələsinə görə yeni planlarımızı təqdim etməyə hazırıq. Təəssüf ki, AFFA bu məsələyə də münasibət bildirmədi».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"