6 klub AFFA-nın qapısını döydü, "Xan Lənkəran" yox oldu – Divizionla bağlı yeni qərar

28 İyul 2022 11:40 I Divizion 2 330
6 klub AFFA-nın qapısını döydü, "Xan Lənkəran" yox oldu – Divizionla bağlı yeni qərar

"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" I Divizionda iştirak üçün AFFA-ya müraciət edib.

Bu haqda milli assosiasiyanın rəsmi saytı yeni açıqlama yayıb. Bildirilib ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Məlumatda qeyd olunub ki, sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan meyarlara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə I Divizionda çıxışı təmin olunmayacaq.

Bu isə o deməkdir ki, gələn il bu yarışda 13 kollektiv mübarizə aparacaq. «Sabah» əvəzedici heyətinin əksər futbolçularının icarəyə verilməsini və əsas komandaya cəlb olunmasını əsas gətirərək, birincilikdən 1 illik çəkilib.

AFFA onları əvəzləmək üçün 11 şərt irəli sürmüş, «Araz-Naxçıvan», «İmişli» və «Mingəçevir»dən sonra I Diviziona qatılacaq 4-cü iştirakçı olmaq istəyən namizədlərə iyulun 25-dək vaxt vermişdi.

Maraqlıdır ki, AFFA-ya sənəd göndərənlərdən «Bakılı» 5 il öncə fəaliyyətini dayandırıb. I Divizionda çıxışına federasiya tərəfindən «stop» qoyulan paytaxt təmsilçisi o tarixdən sonra Region Liqasında da mübarizə aparmayıb.

Şansını yoxlayanlardan «İrəvan» Region Liqasında iki mövsüm keçirib. "Füzuli", "Ağsu Siti", "Göyəzən" və "Qobustan" AFFA-nın yarımhəvəskar yarışda 3 illik iştirak limitini doldurub.

Burada diqqətçəkən ən vacib məqam "Qobustan"ın iddiasını ortaya qoymasıdır. Onları "Xan Lənkəran" kimi də oxumaq olar.

"Qobustan"lılar məhz "ağ-yaşıllar"ın varisi kimi çıxış edib. Hansı ki, cənub təmsilçisi varislik məsələsini 3 aya yaxındır gündəmə gətirib.

Bu da "Xan Lənkəran"ın ötən ilin yayında yaradılması ilə əlaqədardır. AFFA-nın "3 yaş" tələbinə ilişib qalmamaq üçün belə bir yola baş vurublar. Ancaq federasiya yenə "Xan Lənkəran"ın önündə "qırmızı işıq" yandırıb.

Heç şübhəsiz, bu, Pərviz Hüseynovun prezidenti olduğu klubun "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimova yaxınlığı haqda qurum rəhbərliyində formalaşan fikirlə bağlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı