"Yeni mövsümdə də AFFA-dan başqa sponsorumuz olmayacaq" - Klub prezidenti

25 İyul 2022 15:00 I Divizion 1 159
"Yeni mövsümdə də AFFA-dan başqa sponsorumuz olmayacaq" - Klub prezidenti

"Yeni mövsümdə də başqa sponsorumuz olmayacaq, beləsini tapa bilmirik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

O, I Divizionda növbəti «futbol ili»ndə də AFFA-nın köməyinə bel bağladıqlarını bildirib:

«Uzun illər kluba sponsor cəlb etməyə çalışdıq, amma cəhdlərimizin heç biri nəticə vermədi. İlk vaxtlar bəzi iş adamlarından müəyyən dəstək gəlirdi, sonra o da kəsildi.

Bu, ümumi vəziyyətlə əlaqədardır. «Yuxarı»dan deyilməsə, heç bir şirkət sahibi öz pulunu futbola xərcləməyəcək.

Odur ki, AFFA-dan başqa hardansa dəstək görmürük. Federasiya yeni mövsümdə «Zaqatala»ya nə qədər büdcə ayıracağını hələ bizə deməyib.

Nədənsə bu məsələ yubanır. Bu, yalnız bizimlə bağlı deyil. Eşitdiyimə görə, Premyer liqa və Divizionun digər komandaları da bizim kimi gözləmə mövqeyindədir.

Yəqin ki, ayrılacaq vəsaitin məbləğində artım olacaq. Çünki gündəlik həyatda qiymət artımı var, əvvəlki büdcə ilə klubun fəaliyyətini təmin etmək daha qeyri-mümkündür.

Baş məşqçimiz boş oturmur, komandanı gücləndirməyə çalışır. Bir çox futbolçularla görüşüb danışıb.

Amma hələ heç kimlə müqavilə imzalamamışıq. AFFA büdcəni ayırsın, biz də bilək ki, işimizi hansı istiqamətdə quraq».

Digər Xəbərlər
Xəbər Lenti