Rövnəq Abdullayev istədi, yaxın dostu region klubunu himayəsinə götürdü - SON DƏQİQƏ

21 İyul 2022 13:00 I Divizion 2 646
Rövnəq Abdullayev istədi, yaxın dostu region klubunu himayəsinə götürdü - SON DƏQİQƏ

SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılov yenidən sferasına dönüb.

İki il öncə neft şirkətindəki vəzifəsi ilə vidalaşan M.İsmayılov Region Liqasında mübarizə aparan «Ağsu Siti»ni himayəsinə götürüb.

AFFA-nın adıçəkilən klubu növbəti mövsüm I Divizon iştirakçıları sırasına əlavə etməsinin əsas səbəbi də budur - o, federasiya prezidenti Rövnəq Abdullayevin yaxın dostlarından biridir.

Cütlüyün münasibətləri SOCAR-dakı işbirliyi başa çatandan sonra da qırılmayıb. Onlar bu gün də bir yerdədir. İsmayılov apreldə Şamaxıda olub, Abdullayevlə birgə «Şamaxı» - «Neftçi» matçını (1:2) canlı izləyib.

«Ağsu Siti» sabiq vitse-prezidentin ikinci klubudur. O, hələ 11 il öncə «Ağsu»nu yaradıb. Eks SOCAR mənsubuna məxsus olduğu söylənilən «Azqranata» şirkəti illərboyu Aran klubuna sponsorluq edib.

«Ağsu»nun fəaliyyətini dayandırması I Divizionda oyun «alver»i ilə əlaqədardır.

Hüquq-mühafizə orqanlarının apardığı uzunmüddətli araşdırmaların nəticəsi olaraq AFFA «Ağsu»nu çempionatdan kənarlaşdırıb, bu komandanın rəsmi şəxs və futbolçularına federasiyanın bayrağı altında keçirilən yarışlarda iştirakı qadağan edib.

Mikayıl İsmayılov ötən mövsüm də müəyyən vasitələrlə «Ağsu Siti»yə yardım əlini uzadıb. İndən sonra isə o, bunu rəsmi şəkildə həyata keçirəcək.

SOCAR-dakı vəzifəsini itirmiş eks məmur bunu Rövnəq Abdullayevin xahişi ilə edir. Çün AFFA prezidenti «Xan Lənkəran»ı I Divizionda görmək istəmir.

Ötən ilin yayında yaradılan cənub klubunun «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimova bağlılığna dair onda əminlik var.

«Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynovun bu ilin fevralında İstanbulda iş adamıyla görüşməsi və görüşdən çəkilən fotonun bütün mediada yayılması R.Abdullayevdə həmin əminliyi bir qədər də artırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!