AFFA "Xan Lənkəran"ı yox, bu klubu I Diviziona buraxdı - SON DƏQİQƏ

20 İyul 2022 13:00 I Divizion 4 423
AFFA "Xan Lənkəran"ı yox, bu klubu I Diviziona buraxdı - SON DƏQİQƏ

AFFA növbəti mövsüm I Divizionda çıxış edəcək daha bir bölgə klubunu müəyyənləşdirib.

Bu barədə qurumun özündən Sportinfo.az-a məlumat daxil olub. «Qusar» və «Ağsu Siti» arasında seçim edən federasiya ikincilərə üstünlük verib.

Redaksiyamıza verilən informasiyaya görə, bununla bağlı qərarın iyulun 25-dən sonra açıqlanması nəzərdə tutulub.

Bilindiyi kimi, AFFA gələn sezon aşağı dəstədə yarışmaq istəyən komandalar üçün 11 meyardan ibarət şərt toplusu irəli sürüb. Burada tələblər müxtəlifdir, amma hamısı da boş şeydir, gözdən pərdə asmaq məqsədi daşıyır.

«Sabah»ın əvəzedici komandasının I Divizionda iştirakdan imtina etməsindən sonra AFFA, əslində «Ağsu Siti»nin üzərində dayanıb, sadəcə, ictimaiyətin fikrini yayındırmaq üçün belə bir varianta əl atıb.

Biləsiz ki, tərəflər öncədən buna razılaşıb. Yəni ki, federasiyanın «Xan Lənkəran» və ya digər Region Liqası iştirakçısını peşəkar statuslu çempionata buraxmaq kimi niyyəti olmayıb.

Necə ki, «Araz Naxçıvan», «İmişli» və «Mingəçevir»i I Divizionun sıralarına daxil etməklə bağlı daha öncə qərar veriblər.

Digər Xəbərlər
Xəbər Lenti