AFFA-nın "Xan Lənkəran"ı Diviziona buraxıb-buraxmayacağı bilindi – SON DƏQİQƏ

19 İyul 2022 11:40 I Divizion 3 067
AFFA-nın "Xan Lənkəran"ı Diviziona buraxıb-buraxmayacağı bilindi – SON DƏQİQƏ

«Xan Lənkəran» növbəti mövsüm I Divizionda çıxış edə bilməyəcək.

Bu barədə Sportinfo.az-a AFFA-dan yeni məlumat daxil olub.

Redaksiyamıza verilən bilgiyə görə, Region Liqasının finalçısı aşağı dəstəyə buraxılmayacaq. Bu barədə göstəriş birbaşa federasiya prezidenti Rövnəq Abdullayevdən gəlib.

O, yaxşı münasibətdə olmadı «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimova görə «Xan Lənkəran»ı yarışmadan kənarda saxlayıb.

Abdullayevdə belə bir fikir yaranıb ki, yeni yaranmış klubun arxasında da İstanbulda yaşayan iş adamı dayanıb.

Dünən AFFA Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib. AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.

Meyarlar bunlardır:
1. Klubun Nizamnaməsi;
2. Dövlət Reyestrindən çıxarış;
3. Klubun strukturu;
4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);
5. VÖEN;
6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;
7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;
8. Ən azı 2 dəst oyun formasının maketi;
9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;
10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;
11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.
Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək AFFA-ya təqdim etməlidirlər.

İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

«Xan Lənkəran» bu meyarlardan ilk 10-nu yerinə yetirməyə hazır olduğunu saytımız vasitəsilə açıqlayıb. Cənub təmsilçisinin «yolunu kəsən» bənd 11-ci tələbdir.

Ötən ilin yayında yaradılan «ağ-yaşıllar» «təvəllüd tarix»inə görə AFFA-nın nəzərində hələ «balaca»dır. Hərçənd «Xan Lənkəran» «Qobustan»la varislik məsələsini həll edib, ancaq federasiya bu məsələni nəzərə almaq istəmir.

Baxmayaraq ki, «Mingəçevir»i məhz «Energetik»in varisi olaraq I Divizionun növbəti mövsümünün iştirakçıları sırasına daxil ediblər.

Digər Xəbərlər
Xəbər Lenti