AFFA I Divizionda iştirak üçün 11 şərt irəıli sürdü, “Xan Lənkəran”dan REAKSİYA GƏLDİ

18 İyul 2022 16:20 I Divizion 2 262
AFFA I Divizionda iştirak üçün 11 şərt irəıli sürdü, “Xan Lənkəran”dan REAKSİYA GƏLDİ

Region Liqası komandalarının I Divizionda çıxış edə bilməsi üçün meyarlar müəyyənləşdirilib.

Sportinfo.az xəbər verir ki, AFFA və Peşəkar Futbol Liqası siyahını İcraiyyə Komitəsinin iyulun 15-də qəbul etdiyi qərar əsasında tərtib edib.

Meyarlar bunlardır:

1. Klubun Nizamnaməsi;

2. Dövlət Reyestrindən çıxarış;

3. Klubun strukturu;

4. Standartlara cavab verən meydança və stadion (əgər icarəyə götürələcəksə, stadionla klub arasında qüvvədə olan müqavilə);

5. VÖEN;

6. Oyunlarda təhlükəsizliyin təminatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından zəmanət məktubu;

7. Oyunlar zamanı Təcili Tibbi Yardımın təmin olunması ilə bağlı zəmanət məktubu;

8. Ən azı 2 dəst oyun formasının maketi;

9. Peşəkar Futbol Liqasının 2022/23-cü illər mövsümünün Əsasnaməsində qeyd olunan şəkildə baş məşqçi, məşqçi və inzibati-kadr struktrunun təqdimatı;

10. Maliyyə mənbəyi ilə bağlı müvafiq hüquqi sənədlər;

11. Region Liqasında ardıcıl 3 mövsüm iştirak.

Müvafiq klublar meyarlar üzrə sənərlərini 25 iyul saat 17:00-dək info@affa.az e-mail ünvanı vasitəsilə AFFA-ya təqdim etməlidirlər.

İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

“Xan Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov Sportinfo.az-a bildiriblər ki, onlar AFFA-ya müraciət edəcək:

“Federasiyanın irəli sürdüyü şərtlərlə tanış olduq. Belə baxsaq, burada ciddi dəyişiklik yoxdur, meyarlar həminkidir.

Biz ilk 10 şərti yerinə yetirə biləcəyimizi əvvəl də bildirmişik. Bu, AFFA-ya göndərdiyimiz əvvəlki müraciətlərdə də öz əksini tapıb.

Yeganə narahatlıq doğuran məsələ Region Liqasında 3 il iştirak etməklə bağlıdır. Biz varislik hüququndan istifadə eləmək niyyətindədəir.

İndi bu, “Qobustan” da ola bilər, başqa bir komanda da. Hər halda qarşıdakı günlərdə buna aydınlıq gələcək.

AFFA “Mingəçevir”i “Energetik”in varisi kimi qəbul edib I Divizona buraxanda, “Xan Lənkəran” da “Qobustan”dan varisliyi qəbul etməsi haqda məktubu federasiyaya göndərmişdi. AFFA-ya növbəti dəfə müraciət etməyə hazırlaşırıq”.

Digər Xəbərlər
Xəbər Lenti