Bölgədə yaradılan belə klub kimə lazımdır? - ACINACAQLI MƏNZƏRƏ: - VİDEO

14 İyul 2022 19:40 I Divizion 1 680
Bölgədə yaradılan belə klub kimə lazımdır? - ACINACAQLI MƏNZƏRƏ: - VİDEO

Artıq yavaş-yavaş Birinci Divizion klubları da yeni mövsümə hazırlığa start verməyə başlayıb.

Siftə isə "Mingəçevir"dən gəlib.

Yeni sezondan I Divizionda oynamasına icazə verilən komanda bir neçə gün əvvəl doğma rayonda bir araya gəlib.

Baş məşqçi Azər Həşimovun rəhbərliyi altından keçən məşqlər hələki seleksiya xarakteri daşıyır.

Amma uzun müddətdən sonra böyük futbola qayıdan şəhərin komandasında heç də hər şey ürəkaçan deyil.

Yaranmış mənzərə sosial şəbəkələrdə də bölgə komandasını gülüş mənbəyinə çevirib.

Belə ki, müxtəlif klubların formasında məşqə çıxan futbolçuları iki tərəfli oyun üçün bölünüblər.

Bu zaman məşqçilər heyətinin kimin hansı mövqedə oynamasını bilməməsi diqqətdən qaçmayıb. Bu da təbii olaraq sosial şəbəkə izləyiciləri tərəfindən ciddi qınaqla qarşılanıb.

Hər halda birinci divizon həvəskarlar liqası deyil axı. Hardan gəldi futbolçu gətirəsən. Ən azı dəvət olunan oyunçunun hansı mövqedə oynayacağını bilmək mütləq lazımdır.

Belə səviyyədə təşkil olunan komanda sabah necə Premyer Liqa üçün mübarizə apara bilər? Ümumiyyətlə, görüntü xatirinə bölgədə belə "peşəkar" klubun yaradılması futbolumuza nə verə bilər axı? Təbii ki, heç nə!

Sadəcə AFFA başbilənlərinin tələm-tələsik verdiyi qərarın birabırçı fəsadlarını yaşayırıq. Bu, hələ startdı, sonra nələr yaşanacaq Allah bilir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"