"Sportinfo”da dərc olunan yazıya görə zəng edib, elə sözlər işlətdi ki... “Onu qovmuşam”

9 İyul 2022 16:20 I Divizion 1 239
"Sportinfo”da dərc olunan yazıya görə zəng edib, elə sözlər işlətdi ki... “Onu qovmuşam”

“Məni heç kim komandadan qovmayıb, özüm getmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ötən mövsüm Birinci Divizionda MOİK-in baş məşqçisi olmuş Asim İbrahimov deyib.

Saytımızda məlum məsələ ilə bağlı dərc olunan yazıda komandanın mövsümü 6-cı pillədə başa vurduğu üçün Asim bəyin rəhbərlik tərəfindən istefaya göndərildiyi qeyd olunmuşdu.

Yazılanlarla razılaşmayan təcrübəli mütəxəssis redaksiyamızla əlaqə saxlayaraq “hərbçiləri” tərk etməsinin özünün qərarı olduğunu vurğulayıb:

“Mövsüm başa çatandan sonra rəhbərliklə qarşısında məsələ qaldırdım. Bildirim ki, bu-bu şərtlər yerinə yetirilməsə, mən komandada olmayacağam.

Ötən ilki şərtlərlə işləyə bilməzdim. Detallar haqda geniş danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, müəyyən çatışmazlıqlar var idi ki, onların həlli olmadan işləmək mümkün deyildi. Rəhbərlikdən cavab gözləyirəm”.

Bundan sonra komandanı vaxtilə İbrahimovun köməkçilərindən olmuş Şəhriyar Əliyev çalışdıracaq. Asim bəy sözügedən şəxsin təyinatı ilə bağlı danışarkən sərt fikirlərlə yadda qalıb:

“Dediyiniz şəxs köməkçim yox, köməkçimin köməkçisi olub. Yanımda işləyib, özünü doğrultmadığına görə 1 aydan sonra onu qovmuşam”.

MOİK-in ötən mövsümü 13 komanda arasında 6-cı pillədə başa vurduğunu xatırladaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı